Rəqəmsal gələcəyin qurulması – KOB-lar rəqəmsal transformasiyanın gücündən istifadə edir.

Müasir dünyada kiçik və orta sahibkarlar uzunmüddətli uğur üçün rəqəmsal  transformasiyanı strateji addım kimi qəbul edirlər.

Rəqəmsal gələcəyin qurulması – KOB-lar rəqəmsal transformasiyanın gücündən istifadə edir.

Müasir dünyada kiçik və orta sahibkarlar uzunmüddətli uğur üçün rəqəmsal transformasiyanı strateji addım kimi qəbul edirlər. Prosesləri rəqəmsallaşdırmaq, rəqəmsal marketinq strategiyalarını qəbul etmək və kibertəhlükəsizlik tədbirlərinə sərmayə qoymaqla KOB-lar nəinki proseslərin səmərəliliyini, həm də qlobal bazarda rəqabət və innovativ inkişaf qabiliyyətini artırır. Rəqəmsallaşmaya sərf olunan səylər məhsuldarlığa da təsir göstərir. Proseslərin avtomatlaşdırılması əməkdaşların dah effektiv və sürətlə işləməsinə imkan verir. Bu da işlərə sərf olunan artıq vaxtı azaldır, səhv riskini minimallaşdırır. Rəqəmsallaşmanın bir başqa təsiri də müştərilərə təklif olunan xidmətlərin və məhsulların keyfiyyətinin artırılmasında özünü göstərir. Müştərilər daha operativ və effektiv xidmətlərlə təmin olunur, onların tələbləri və ehtiyacları daha yaxşı analiz edilirək spesifik təkliflər təqdim olunur. Bu da müştəri məmnuniyyətinin artmasına və loyallığın formalaşdırılmasına müüsbət təsir göstərir. Azərbabycanda kiçik və orta biznes nümayəndələri arasında aparılan sorğuya görə sahibkarların 54.9%-i rəqəmsallaşma səyləri nəticəsində məhsuldarlıq və səmərəlilikdə 1-50% artım olduğunu vurğulasa da, 27.6% shibkar bu artımın 51-100% olduğunu qeyd edib. Artım müşahidə etməmişəm deyənlər isə 15.3% təşkil edir. Düzgün rəqəmsal alətlər və düşüncə tərzi ilə KOB-lar yeni inkişaf imkanları yarada və rəqəmsal əsrdə öz yerlərini tuta bilərlər.

Digər xəbərlər
KOB-ların gücləndirilməsi – Rəqəmsallaşma inqilabı biznes mənzərəsini yenidən formalaşdırır.
Bu gün sürətlə inkişaf edən və getdikcə rəqəmsallaşan dünyada kiçik və orta bizneslərin (KOB) rəqabətə davamlı olması və böyüməyə təkan verməsi üçün rəqəmsallaşma ən vacib alətlərdəndir.
Rəqəmsal gələcəyin qurulması – KOB-lar rəqəmsal transformasiyanın gücündən istifadə edir.
Müasir dünyada kiçik və orta sahibkarlar uzunmüddətli uğur üçün rəqəmsal  transformasiyanı strateji addım kimi qəbul edirlər.
Ölkəmizdə rəqəmsallaşma və ona münasibət
Rəqəmsallaşma son illərdə ölkəmizdə sürətlə inkişaf edən sahələrdəndir.